5 bankın istehlak kreditləri azalıb - “PAŞA Bank” 139 milyon, “Bank BTB”də 7 milyonluq kiçilmə
Bu ilin III rübündə Azərbaycanda 19 bankın (Ləğv prosesində olan “Muğan Bank” daxil olmaqla) istehlak kreditləri artdığı halda 5 bankda azalma müşahidə edilib.
Valyuta.az xəbər verir ki, ölkənin iri bankları – “Kapital Bank” istehlak kreditlərini bu ilin II rübü ilə müqayisədə III rübdə 221,1 mln. manat, ABB 117,1 mln. manat, “Xalq Bank”da isə 33,9 mln. manat artırıb. Müvafiq olaraq sözügedən bankların istehlak kredit portfelləri 2,15 mlrd. manat, 1,27 mlrd. manat və 272,8 mln. manat təşkil edib.
Son 3 ayda biznes kreditləri ən çox azalan bank isə “PAŞA Bank” olub. Bankın istehlak kreditləri 2,6 dəfə və ya 138,9 mln. manat azalaraq 225,2 milyon manatdan 86,3 milyon manata enib.
“Bank BTB” istehlak kredit portfelini 6,6 mln. manat azaldaraq 22 mln. manata, Bank Melli İran Bakı filialı isə 1,7 mln. azaldaraq 7,7 mln. manata endirib.
“Naxçıvan Bank”ın istehlak kreditlərinin həcmində 500 min manat, “Ziraat Bank Azərbaycan”da isə 300 min manat azalma müşahidə edilib. Sözügedən bankların istehlak kreditlərinin həcmi bu ilin doqquz ayı üzrə müvafiq olaraq 72,7 və 3,3 mln. manat təşkil edib.
Mahir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay