“AccessBank”ın nağd vəsaitləri 24 milyon manatdan çox azalıb
“AccessBank”ın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərinin məbləği bu ilin yanvar-sentyabr aylarında ilin əvvəli ilə müqayisədə 24 milyon manat 707 min manat, yaxud da 16,2% azalaraq 127 milyon 697 min manat təşkil edib.
Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, ötən ilin sonu bankın nağd vəsaitlərin məbləği 152 milyon 404 min manat təşkil edib.
Bununla yanaşı, bankın hesabat dövründə ticarət və investisiya qiymətli kağızların məbləği ilin əvvəli ilə müqayisədə 6 milyon 479 min manat, yaxud da 6,9% azalaraq 86 milyon 882 min manat təşkil edib.
Eləcə də bax: "Access Bank" 9 ayda 29 milyon manat mənfəət əldə edib
Qeyd edək ki, bütövlükdə, bankın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 32.5% artaraq, hesabat dövrünün sonunda 1.4 milyard manata çatıb. Bankın öhdəlikləri 18,3% artaraq 1 milyard 249 milyon 856 min manat təşkil edib.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay