Bank
26.10.2023 / 11:48
Mərkəzi Bank qapalıdan açıq bankçılığa keçid hədəfini açıqlayıb
35300
Qapalı bankçılıqdan açıq bankçılığa keçid və daha sonra açıq maliyyə konsepsiyasına keçidin reallaşdırılması Azərbaycan Mərkəzi Bankının (AMB) əsas hədəfidir.
Valyuta.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2023” tədbiri çərçivəsində təşkil olunan konfransda deyib.
Onun sözlərinə görə, bu maliyyə institutlarının informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə tədbirlərin gücləndirilməsini zəruri edir: “Maliyyə bazarında kiberdayanıqlılığın və informasiya təhlükəsizliyinin gücləndirilməsi, risklərə qarşı adekvat nəzarət mexanizmlərin tətbiqi və risk əsaslı tənzimləmə çərçivəsinin formalaşdırılması kimi məsələlər Mərkəzi Bankın daim diqqət mərkəzindədir".
© Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay