Bu il əhali “Kapital Bank”dan 64 milyon manatdan çox əmanətini geri çəkib
2023-cü ildə əhali “Kapital Bank”dakı əmanətinin 64 milyon manatdan çoxunu geri çəkib.
Valyuta.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir. Hesabata əsasən bu ilin III rübündə bankda fiziki şəxslərin depozit portfelinin həcmi 1 milyard 860,7 milyon manat təşkil edib. Bu isə ilin əvvəli ilə müqayisədə 3,3% və ya 64 milyon 181 min manat azdır. 2023-cü il yanvarın 1-nə əhalinin bankdakı əmanətlərinin həcmi 1 milyard 924,8 milyon manata bərabər olub. Bankdan çəkilən vəsaitin fiziki şəxslərin depozit portfelində çəkisi 3,4% təşkil edir.
Bu ilin III rübü üzrə “Kapital Bank”ın ümumi depozit portfeli isə 6 milyard 483,1 milyon manat təşkil edib. Bu da ilin əvvəlinə nisbətən 4,9% çoxdur.
Xatırladaq ki, "Kapital Bank" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 265,85 milyon manatdır.
Mahir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay