Azərbaycana xaricdən pul köçürmələri 2.5 mlrd. manat azalıb
2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 1 milyard 896.6 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 466.5 milyon manata bərabər olub.
Valyuta.az xəbər verir ki, bu Azərbaycan Mərkəzi Bankının hesabatında bildirilib. Ötən ilin yanvar-sentyabr aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara daxil olan vəsaitin həcmi 2.3 dəfə və ya 2 milyard 523.3 milyon manat, banklardan xaricə köçürmələr isə 39,2% və ya 300.8 milyon manat azalıb.
Qeyd edək ki, ötən ilin ilk 9 ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 4 milyard 419.9 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 767.3 milyon manat təşkil edib.
©APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay