24.10.2023 / 17:43
Banklar əhaliyə 450 milyon manat depozit faizləri ödəyiblər
35174
Azərbaycandakı banklar 2023-cü ilin 9 ayı ərzində cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 449.9 milyon manatlıq faiz ödəyiblər.
Valyuta.az xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 125.5 milyon manat və ya 39% artıb.
2022-ci ilin 9 ayında banklar 324.4 milyon manatlıq depozit faizləri ödəmişdilər.
Onu da qeyd edək ki, bu ilin yanvar-avqust aylarında bankların faiz və onlarla bağlı xərcləri 628.7 milyon manat təşkil edib.
© Banker
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay