"Access Bank" 9 ayda 29 milyon manat mənfəət əldə edib
“Access Bank” QSC bu ilin yanvar-sentyabr aylarını 29 milyon 309 min manat xalis mənfəətlə başa vurub.
Valyuta az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5 dəfə çoxdur.
Hesabat dövründə bankın gəlirləri 155 milyon 444 min manat təşkil edib, bu isə illik müqayisədə 42, 9% çoxdur.
Bu ilin 9 ayında bankın faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,6 % artaraq 142 milyon 019 min manat təşkil edib.
“Access Bank” QSC-nin hesabat dövründə qeyri-faiz gəlirləri 57,1 % artaraq 13 milyon 425 min manat təşkil edib.
Bankın xərcləri 114 milyon 558 min manat təşkil edib, bu isə illik müqayisədə 22,2% çoxdur. Bank mənfəət vergisi ödəməyib.
Son bir il ərzində “Access Bank”ın aktivləri ilin əvvəli ilə müqayisədə 19,2 % artaraq 1 milyard 394 milyon 081 min manat təşkil edib.
“Access Bank”ın öhdəlikləri 18,3 % artaraq 1 milyard 249 milyon 856 min manat təşkil edib.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay