Bank
24.10.2023 / 11:28
Azərbaycanda 9 ayda dövlət xəttilə 392 milyon manat ipoteka krediti verilib
35121
Bu ilin yanvar-sentyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 391,9 milyon manat kredit verilib.
Valyuta.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında bildirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,9 % çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 24 % artaraq 353,6 milyon manat olub.
İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 31,7 % artaraq 270 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 31 % azalaraq 65,7 milyon manata düşüb.
©Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay