Bank
24.10.2023 / 11:06
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 16%-dən çox artıb
35116
2023-ci il oktyabr ayının 1-nə Azərbaycan iqtisadiyyatına banklar tərəfindən kredit qoyuluşları 22 281.9 mln. manat təşkil edib.
Valyuta.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, cari ilin sentyabr ayının 1-nə olan göstərici ilə müqayisədə 2.1% çoxdur.
Ötən ilin eyni dövrü ilə müqayisədə isə iqtisadiyyata kredit qoyuluşları 16.3% və ya 3 mlrd. 124.7 mln. manat artıb. Belə ki, 2022-ci ilin oktyabr ayının 1-nə kredit qoyuluşlarının həcmi 19157.2 mln. manat təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay