6 bankın kredit portfeli kiçilib - "Premium Bank" 37 milyon, "PAŞA Bank" 23,5 milyon manat...
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən bankların kredit portfelinin həcmi 22 mlrd. 267,6 milyon manata çatıb.
Valyuta.az-ın məlumatına görə, bu, cari ilin ikinci rübü ilə müqayisədə 4,3% və ya 927,7 milyon manat çoxdur. Bu dövrdə Azərbaycanda fəaliyyət göstərən bankların 18-nin kredit portfeli böyüyüb. Oktyabrın 19-da lisenziyası ləğv edilən “Muğanbank” da daxil olmaqla 6 bankın kredit portfeli isə kiçilib.
2023-cü ilin III rübündə kredit portfeli ən çox kiçilən “Premium Bank” olub - 37,4 milyon manat. “PAŞA Bank”ın kredit portfeli isə 23,5 milyon manat və ya 0,9% azalaraq 2,72 mlrd. manata enib. “Muğanbank” sonuncu hesabatı üzrə kredit portfelinin 6,7 milyon manatını itirib.
“Naxçıvanbank”ın kredit portfeli son 3 ayda 2,2 milyon manat azalaraq 202,5 milyon manata, Bank Melli İran Bakı filialının kredit portfeli 1,5 milyon manat azalaraq 5,6 milyon manata, “AFB Bank”ın kredit portfeli isə 1,2 milyon manat azalaraq 169,6 milyon manata enib.
Mahir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay