Bank
19.10.2023 / 11:22
“106 milyon manatın taleyi sual altındadır”
34832
Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) “Muğanbank” ASC-nin lisenziyası ləğv edib.
Valyuta.az xəbər verir ki, bankın bağlanması ilə bağlı paylaşım edən iqtisadçı Samir Əliyevin sözlərinə görə, oktyabr ayının 1-i tarixinə “Muğanbank” ASC-nin depozit portfelinin həcmi 322.5 milyon manat olub:
“Mərkəzi Bankın açıqlamasında bildirilib ki, bu müddətə bank üzrə sığortalanmış əmanətlər 216,7 milyon manat təşkil edir. Deməli, haradasa, 106 milyon manatlıq vəsaitin taleyi sual altındadır”.
Qeyd edək ki, 2023-cü ilin III rübünün sonuna bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 milyon manatdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay