Bank
19.10.2023 / 09:47
"Muğan Bank"da 217 milyon manata yaxın sığortalanmış əmanət var
34815
Azərbaycan Mərkəzi Bankının (AMB) lisenziyasını ləğv etdiyi "Muğan Bank" ASC-də 217 milyon manata yaxın sığortalanmış (kompensasiya olunan) əmanət var.
Valyuta.az xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.
"Muğan Bank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür, əhalinin bu bankdakı sığortalanmış əmanətləri üzrə kompensasiyalar qanunvericiliyə uyğun qaydada ödəniləcək. Bankın Fonda təqdim etdiyi hesabatlara əsasən, bu il oktyabrın 1-nə əmanətlər 216,7 milyon manat təşkil edir. Bankın əmanətçilərinin say etibarı ilə 99,9 %-nin əmanətləri kompensasiya olunacaq. Bankın digər öhdəliklərini isə məhkəmənin təyin edəcəyi ləğvedici qanunvericiliyə müvafiq qaydada tənzimləyəcək", - deyə qurum bəyan edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay