Bank
17.10.2023 / 17:45
“Atabank”ın daşınmaz əmlakı hərraca çıxarılacaq
34704
Oktyabrın 19-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Atabank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.
Fonddan Valyuta.az-a bildirilib ki, daşınmaz əmlak Sumqayıt şəhəri, Şəmsi Bədəlbəyli küçəsində icarədə olan 0,034 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 501,76 kvadratmetr olan qeyri-yaşayış binasıdır. Daşınmaz əmlakın ilkin satış qiyməti 1 milyon 500 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.
Ünvan: Bakı şəhəri, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şössesi 27.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay