"Express Bank"ın xalis mənfəəti azalıb
"Express Bank" ASC-i bu ilin yanvar-sentyabr aylarını 9 milyon 967 min manat xalis mənfəətlə başa vurub.
Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 % azdır.
"Express Bank" ötən ilin yanvar-sentyabr aylarında 11 milyon 235 min manat xalis mənfəət əldə edib.
Hesabat dövründə bankın faiz gəlirləri 42 milyon 218 min manat təşkil edib, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 18, 5 % çoxdur. Bu dövrdə bankın qeyri-faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 % artaraq 14 milyon manata çatıb.
Bankın yanvar-sentyabr aylarında faiz xərcləri 11 milyon 346 min manat təşkil edib, bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 56,3 % çoxdur. Bankın qeyri-faiz xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 % artaraq 31 milyon 418 min manat olub.
Bankın aktivləri 498 milyon 489 min manat təşkil edib, bu, ötən ilin müvafiq dövrü il müqayisədə 18 % çoxdur. Bunun 360 milyon 310 min manatı müştərilərə verilmiş kreditlər təşkil edir.
Bu ilin yanvar-sentyabr aylarında “Express Bank”ın öhdəlikləri 29,3 % artaraq 371 milyon 112 min manata, həmçinin depozit portfeli 9 % artaraq 194,126 milyon manata çatıb.
Qeyd edək ki, "Express Bank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay