BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7814
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1415
34571

“AFB Bank” 2023-cü ilin III rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.

Valyuta.az bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-sentyabr aylarında “AFB Bank”ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 45% və ya  5,16 milyon manat azalaraq 6 milyon 292 min manat təşkil edib. 2022-ci ilin yanvar-sentyabr aylarında bank 11 milyon 452 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 14 milyon 925 min manata ( illik müqayisədə 14% çox), faiz xərcləri 3 milyon 521.1 min manata ( illik müqayisədə 76% çox) bərabər olub. Bu dövrdə bankın xalis faiz gəlirləri 11 milyon 404 min manat ( illik müqayisədə 2.8% çox), qeyri-faiz gəlirləri 6 milyon 356 min manat ( illik müqayisədə 19.8% az), qeyri faiz xərcləri isə 13 milyon 412 min manat ( illik müayisədə 16.9% çox) təşkil edib. Beləliklə “AFB Bank”  bu dövrdə 4 milyon 347 min manat əməliyyat mənfəəti əldə edib ki,  bu da ötən illə müqayisədə 42% azdır.

Cari ilin oktyabrın 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 7.9% və ya 22,2 milyon manat artaraq 304 milyon 624 min manata yüksəlib. Cari ilin ilk 9 ayında “AFB Bank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 0.8% və ya 1 milyon 235 min manat azalaraq  169 milyon 619 min manata çatıb. Bankın kredit portfelində istehlak kreditləri 22 milyon manat, biznes kreditləri 90 milyon 341 min manat, daşınmaz əmlak kreditləri isə 57 milyon 223 min manat təşkil edib.

Bu dövrdə “AFB Bank”ın cəmi öhdəlikləri 225 milyon 906 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 13.5% və ya 27 milyon manat çoxdur. Bankın depozit portfeli də cari ilin ilk 9 ayında 25,8% və ya 30 milyon manat artaraq  146 milyon  169 min manata çatıb.

Mahir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Wall Street" 2025-ci il üçün "S&P" indeksinə ən optimist proqnozunu açıqlayıb

"Intel"ə ABŞ-dan 7,9 milyard dollarlıq yardım

"Intel"ə ABŞ-dan 7,9 milyard dollarlıq yardım

Külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb (FOTO)

Dövlət Radiotezliklər İdarəsi ilə "Teleport" şirkəti arasında nə baş verib?

Azərbaycanda vətəndaşlara bu dərmanlar pulsuz verilə bilər

“Heç kim araşdırmamış heç nə deməsin” - Nazirdən deputata

Xaricdən alınan diş fırçası ölkədə 6 dəfə baha satılır - Rəqəmlər

DSMF 6 milyon manatdan çox sığorta ehtiyatı formalaşdırıb

İnsan bədəni kosmosda nə qədər qala bilər?

Yeni ilə yüksək gəlirlə: Kapital Bank depozit faizlərini 11%-ə qaldırdı®

"Bank of China"nın keçmiş rəhbəri rüşvətə görə ölüm cəzasına məhkum edildi

Gələn il yaşa görə orta aylıq pensiyanın 571 manat olacağı gözlənilir

"Nissan" investor axtarışında: "Sağ qalmaq üçün cəmi 12-14 ayımız var"

"Nissan" investor axtarışında: "Sağ qalmaq üçün cəmi 12-14 ayımız var"

Azərbaycanda regional və xarici bankların açılmasına ehtiyac var?

Gələn il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon, xərcləri 41 milyard 367,6 milyon manat olacaq

Müharibə veteranlarına verilən 80 AZN artırılır? - RƏSMİ CAVAB

Bakı metrosunda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək

"Shell" və "BP"nin sabiq mühasibi, dünyanın ən yaşlı kişisi 112 yaşında vəfat edib

Daha 549 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək

"Bona Dea" ilə "Məlhəm Hospital" arasında qalmaqal

Metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq

2024-cü ilin sonuna qədər "WhatsApp"ın işləməyəcəyi telefonlar açıqlandı

Nazir rəisi işdən çıxardı - Yeni təyinat

"MicroStrategy" "Bitcoin"dən 14,7 milyard dollar qazanc əldə edib

"MicroStrategy" "Bitcoin"dən 14,7 milyard dollar qazanc əldə edib

“ASG Business Aviation”ə aid sığorta şirkətinin itkiləri 10 mln. manatı ötdü - 3 dəfə azalma

"Qala Həyat” geriləməkdə davam edir - Yığımları 1,1 mln. manat azalıb

Azərbaycanda İPO-ların vergi güzəştləri vasitəsilə dəstəklənməsi planlaşdırılır

Sığorta şirkətlərinin ödənişləri üzrə 10 aylıq renkinqi

Sığorta şirkətlərinin yığımları üzrə renkinqi - Yanvar-oktyabr, 2024

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin