Bank
10.10.2023 / 17:14
Mərkəzi Bank ötən ay valyuta bazarından 444 milyon dollar alıb
34205
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta bazarına müdaxiləsi 566 milyon ABŞ dolları olmaqla alışyönlü olub.
Valyuta.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.
Onun sözlərinə görə, bunun 444 milyon ABŞ dolları ötən ayın payına düşüb.
"AMB valyuta bazarından dollar alır ki, məzənnəni sabit rejimdə saxlasın. Hazırda valyuta bazarında təklif tələbi kifayət qədər üstələyir. Yəni bazarda kifayət qədər valyuta var. Tələb isə o qədər çox deyil. Əhalinin manata inamı daha da artır", - deyə sədr qeyd edib.
© Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay