Bank
05.10.2023 / 14:54
Bank rəhbərlərindən biri 433 milyonluq holdinqə baş icraçı direktor təyin edilib
33866
“GP Cotton Holdings” MMC-nin baş icraçı direktoru dəyişib.
Valyuta.az xəbər verir ki, Famil Kərimov Qalib oğlu şirkətin rəhbəri təyin edilib. O bu vəzifədə Eldar Cəfərov Hüseyn oğlu əvəz edib.
Kərimov Famil Qalib oğlu — 1984-cü ildə anadan olub.
- 2001-ci ildən 2005-ci ilə qədər Xəzər Universitetində “Maliyyə və Mühasibat uçotu” ixtisası üzrə fərqlənmə ilə bakalavr dərəcəsini alıb.
- 2013-2014-cü illərdə İspaniyada IE Business Məktəbində “Biznesin İdarə edilməsi” üzrə magistr dərəcəsi (“MBA”) almışdır.
- 2013-cü ildən etibarən Birləşmiş Krallıqda Beynəlxalq Mühasiblər Assosiasiyasının (“FCCA”) üzvüdür.
- O, 2005-2013-cü illər ərzində “Deloitte” və “Baker Tilly” kimi xarici audit şirkətlərdə müxtəlif vəzifələr tutmuşdur.
- 2015-ci ildən “Cənub Qaz Dəhlizi” QSC-də Kommersiya və Əməliyyatlar Departamentinin Direktoru və 2016-cı ildən Gilan Sənaye Qrupunda Baş Maliyyə Direktoru və Baş direktorun müavini işləmişdir.
- 2018-ci ildən Gilan Holdinqdə Strateji İdarəetmə Ofisinin rəhbəri və eyni zamanda Direktorlar Şurasının üzvü vəzifəsində çalışıb.
- 2021-ci ilin yayından bu tərəfə “AFB Bank” ASC-nin Müşahidə Şurasının üzvüdür.
Xatırladaq ki, “GP Cotton Holdings” MMC əvvəlki “Gilan Holdinq”in (hazırda adını dəyişib: Xəzri Salution MMC) qeydiyyatda olduğu ünvanda “Capital Towers”də, yaxud Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov pr., ev 206, məhəllə 466-da qeydiyyatdadır. Şirkətin 433.06 milyon manat nizamnamə kapitalı var.
© Banker.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay