![](https://valyuta.az/file/articles/2023/09/18/1695035809_4bcca281adc534fdcb1bec73a86fc9051650869867_1650869810_1650616487_1647600856_1644560692_1640788042_1614323827_1614323548_1-jpg.jpg)
Bank
18.09.2023 / 15:16
Yeni 1 manatlıq kağız pul nişanları buraxıldı (FOTO)
32965
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Tahir oğlu Kazımovun imzasının əks olunduğu yenilənmiş 1 manatlıq kağız pul nişanları 18 sentyabr 2023-cü il tarixindən etibarən tədavülə buraxılır.
Bu barədə Valyuta.az-a AMB-dən bildirilib. Məlumata görə, imza banknotun ön tərəfindən sol yuxarı küncdə təsvir edilib. Həmçinin kağız pul nişanının üzərində “2023” istehsal ili əks etdirilib.
Yenilənmiş 1 manatlığın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.
Qeyd edək ki, yenilənmiş 1 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq. Banknotun ön və arxa tərəfinin təsvirləri əlavə olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay