“Premium Bank” depozit faizlərini kəskin azaltdı
“Premium Bank” depozit faizlərini kəskin endirib.
Valyuta.az-ın araşdırmasına görə, 2023-cü ilin iyul ayına kimi bank 1 illik əmanətlər üzrə faiz dərəcəsini 8% müəyyən etdiyi halda, avqust ayında bunu 1,5%-ə qədər azaldıb.
6 aylıq əmanətlərin gəlirliliyi 1%, 2 illik 2% və 3 illik isə 5% müəyyən edilib. Əmanətin minimal məbləği isə 20 min manatdan (o cümlədən, dollar və avro üzrə) 10 min manata kimi endirilib.
Bank həmçinin, avro və dollar əmanətləri üzrə iyul ayına kimi müvafiq olaraq 1% və 2% gəlir vəd edirdisə, hazırda bunu razılaşma yolu ilə həyata keçirir. Həmçinin, əvvəl tətbiq edilən əmanət məbləğinin 70% həcmində «Miles plastik kartına» illik 12%-lə kredit xətti təklifi də ləğv edilib.
Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 104,601 milyon manatdır. Bankın səhmlərinin 84,48%-I Zərifə Həmzəyevaya, 15,22%-I "VIP Aviation Services" MMC-yə, 0,31%-i isə Elvira Əhmədovaya məxsusdur.
Mahir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay