Bank
25.08.2023 / 22:15
Məşhur telefon mağazası məhkəməyə müraciət etdi
31955
“Ventto Telekom” MMC ilə “Paşa Bank” ASC arasında kredit müqaviləsinə dair mübahisə yaranıb.
Valyuta.az xəbər verir ki, MMC bu mübahisədən dolayı “Paşa Bank”ı məhkəməyə verib.
Şirkətin iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatındadır. İş üzrə sentyabrın 19-na məhkəmə hazırlıq iclası təyin edilib.
“Ventto Telekom” MMC 13 may 2013-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 AZN, qanuni təmsilçisi İmanov Elməddin Səxavət oğludur.
“Paşa Bank” ASC Azərbaycanın bank sektorunda lider banklardan biridir.
Məlumat üçün deyək ki, “Ventto Telekom” bu ilin yanvarında da bank barəsində iddia qaldırıb.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay