Bank
11.08.2023 / 18:38
"Şərurlu İsfəndiyar" cavabdeh qismində məhkəməyə cəlb olunacaq
31406
“Şərur” MTK-nın sədri, tanınmış iş adamı İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) cavabdeh qismində məhkəməyə cəlb ediləcək.
Valyuta.az-ın məlumatına görə, bu barədə Azərbaycan Beynəlxalq Bankı (ABB) məhkəmədə iddia qaldırıb.
Cavabdeh qismində məhkəməyə həmçinin "Şaiq" Mənzil Tikinti Kooperativi və Fərəməzova Samirə Eldar qızı da cəlb edilib.
ABB tərəfindən qaldırılan iddia kredit müqaviləsi üzrə mübahisələrə görədir.
İşə Yasamal Rayon Məhkəməsində hakim Ayaz Məmmədovun sədrliyi ilə baxılacaq.
Vüqar
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay