Şirkətlər “Bank Avrasiya”dan 7 mln. manatdan çox əmanəti geri çəkib
“Bank Avrasiya” 2023-cü ilin birinci yarımilində 2,3 milyon manat xalis mənfəət əldə edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 13,7 dəfə çoxdur.
“APA-Economics” bu barədə bankın maliyyə hesabatlarına istinadən xəbər verir.
Hesabata görə, bankın xalis faiz gəlirləri 34,5% artaraq 8,01 milyon manat, faiz xərcləri 94% artaraq 16,8 milyon manata çatıb. Nəticədə, bankın xalis faiz gəlirləri 55,1% artaraq 6,5 milyon manata yüksəlib. “Bank Avrasiya”nın qeyri-faiz gəlirləri 17,5% azalaraq 1,13 milyon manata, qeyri-faiz xərcləri isə 23% artaraq 3,8 milyon manata bərabər olub. Son nəticədə bankın əməliyyat mənfəəti də 55,3% artaraq artaraq 3,8 milyon manat təşkil edib.
İlin əvvəli ilə müqayisədə bank 8% kiçilib. Belə ki, 1 iyul 2023-cü il tarixinə “Bank Avrasiya”nın cəmi aktivləri 206,3 milyon manata enib.
Bu dövrdə bankın kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.1% artaraq 120 milyon manata bərabər olub.
Hesabat dövründə “Bank Avrasiya”nın cəmi öhdəliklərinin həcmi isə 13,3% azalaraq 130,3 milyon manata enib. Eyni dövrdə bankın depozit portfeli 6,3% azalaraq 79,7 milyon manatdan 74 milyon manata enib. Depozit portfelində azalma şirkətlərin bankdan 7,2 milyon manat vəsaiti geri çəkməsi ilə bağlı olub. Belə ki, hüquqi şəxslərin bankdakı depozitləri ilin əvvəlindəki 12,6 milyon manatdan 5,4 milyon manata enib. Fiziki şəxslərin bankdakı depozitləri isə əksinə, 2,2% artaraq 68,5 milyon manata bərabər olub,
2023-cü il iyul ayının 1-nə bankın cəmi kapitalının həcmi 76,3 milyon manata bərabər olub ki, bu göstərici ötən ilin sonu ilə müqayisədə 3% çoxdur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay