AYİB-dan Azərbaycana yeni təyinat
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) xanım Natali Mouravidzeni Bankın Azərbaycandakı əməliyyatlarının yeni rəhbəri təyin edib.
Valyuta.az xəbər verir ki, Mouravidze AYİB-in Bakıdakı Daimi Nümayəndəliyində (DN) artıq öz vəzifələrini icra etməyə başlayıb.
“Mən çoxdan heyran olduğum Bakı komandasına rəhbərlik etməkdən şərəf duyuram. Azərbaycan mühüm çətinliklərin öhdəsindən gəlmiş dayanıqlı iqtisadiyyata sahib ölkədir. AYİB-in Bakı komandası ilə birlikdə mən öz enerji və təcrübəmi Azərbaycanın iqtisadi bazasını genişləndirmək və qeyri-neft sektorunu inkişaf etdirmək səylərini dəstəkləməyə yönəldəcəm”. - deyə N.Mouravidze qeyd edib.
Gürcüstan vətəndaşı olan xanım Mouravidze Banka 2003-cü ildə qoşulub. O, direktor müavini və baş bankirdir və Bankın İstehsal və Xidmətlər sektorunun Regional Koordinatoru olub. O, həm də Tbilisi DN-ni rəhbərlik dəyişikliyi zamanı idarə edib.
Nataly Beynəlxalq Biznes və İqtisadiyyat üzrə Bakalavr dərəcəsinə (BBA), o cümlədən Amerika Birləşmiş Ştatlarından Maliyyə üzrə Biznesin İdarə Edilməsi üzrə Magistr dərəcəsinə (MBA) malikdir.
Qeyd edək ki, AYİB Azərbaycanda aparıcı institusional investordur və burada maliyyə, korporativ, infrastruktur və enerji sektorlarında 188 layihəyə 3,5 milyard avrodan çox sərmayə qoyub, onların əksəriyyəti özəl sektorda olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay