BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7814
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1415
30182

Rabitəbank özünüməşğulluq proqramı çərçivəsində müxtəlif kateqoriya, iş sahəsi və coğrafi rayona aid, öz biznesinə başlamaq istəyən aztəminatlı sahibkarlara onların biznes planlarına uyğun olaraq, aktivlərin təqdim edilməsinin ilk mərhələsini yekunlaşdırıb.

Bank, proqram çərçivəsində Bakı şəhəri Nizami rayonu, Şəmkir, Biləsuvar, Qazax, Yevlax və Salyan rayonlarında müxtəlif fəaliyyət sahələri ilə məşğul olan 6 vətəndaşı lazımi avadanlıqlarla təmin edib.

Onlardan biri, Hüseynov Fərman Məzahir oğlu bankın göstərdiyi dəstək sayəsində heyvandarlıq fəaliyyətinə olan marağını reallaşdırmağa və şəxsi biznesini qurmağa müvəffəq oldu. Bankın Nizami filialı tərəfindən isə Həsənov Həsrət Nemət oğluna avtoçilingər avadanlıqları təqdim olundu.

Rabitəbank, ölkədə qadın sahibkarlığının inkişafı istiqamətində öz töfhəsini verməyə davam edir. Belə ki, bank nümayəndələri özünüməşğulluq layihəsi çərçivəsində Əliyeva Şəlalə Fəxrəddin qızına maldarlıq təsərrüfatı, Ağaməmmədova Rəfiqə Nəsir qızına isə un məmulatları istehsalı üzrə şəxsi biznesini qurmaq üçün lazım olan avadanlıqları təqdim etdilər. Rabitəbank, həmçinin, gözəllik salonu açmaq istəyən Mustafazadə Aygün Aydın qızının arzusunu da həyata keçirməyə kömək oldu.

Dəstək göstərilən digər vətəndaş Kazımov Elmir Elçin oğlu kiçik foto atelye üçün lazım olan avadanlıq və materiallarla təmin olundu.
Ətraflı

Hazırda ikinci mərhələyə start verilmiş, ehtiyacı olan, həssas qrupa aid daha 6 fiziki şəxs  müəyyən edilib. Bu vətəndaşların öz işlərini qurması üçün nəzərdə tutulan avadanlıqlarla təminatı Rabitəbank tərəfindən həyata keçirilməkdədir və qısa müddətdə başa çatdırılacaqdır. Qeyd edək ki, aktivlər sahibkarlara təmannasız olaraq verilir.
Xatırladaq ki, Özünüməşğulluq Proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanan Memoranduma əsasən həyata keçirilir. Sosial proqramın şərtlərinə uyğun olaraq fərdi sahibkarlıqla məşğul olmaq istəyən və həssas qruplara aid olan vətəndaşlar istehsal və ya xidmət avadanlığı ilə təmin olunur. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmaqlarına və yaxud mövcud bizneslərini  inkişaf etdirmələrinə dəstək olmaqdır.

Özünüməşğulluq proqramına qoşulmuş bankımız bu tip sosial layihələrin reallaşdırılmasının əhəmiyyətini anlayır və bu özünəməşğulluq proqramına dəstək olmağa davam edəcək.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Uorren Baffetdən bütün valideynlərə tövsiyə: "Varlı olub-olmamağınızdan asılı olmayaraq"

LDU üçün 4 mərtəbəli yeni tədris binası tikiləcək

DGK "Xəzər İnşaat Şirkəti"ni inzibati məsuliyyətə cəlb edib

Aİ-dən Rusiya aktivləri hesabına Ukraynaya milyard avroluq yatırım

Azərbaycanla Səudiyyə Ərəbistanı və İndoneziya arasında viza rejimi qismən ləğv olunur

"Wall Street" 2025-ci il üçün "S&P" indeksinə ən optimist proqnozunu açıqlayıb

"Intel"ə ABŞ-dan 7,9 milyard dollarlıq yardım

"Intel"ə ABŞ-dan 7,9 milyard dollarlıq yardım

Külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb (FOTO)

Dövlət Radiotezliklər İdarəsi ilə "Teleport" şirkəti arasında nə baş verib?

Azərbaycanda vətəndaşlara bu dərmanlar pulsuz verilə bilər

“Heç kim araşdırmamış heç nə deməsin” - Nazirdən deputata

Xaricdən alınan diş fırçası ölkədə 6 dəfə baha satılır - Rəqəmlər

DSMF 6 milyon manatdan çox sığorta ehtiyatı formalaşdırıb

İnsan bədəni kosmosda nə qədər qala bilər?

Yeni ilə yüksək gəlirlə: Kapital Bank depozit faizlərini 11%-ə qaldırdı®

"Bank of China"nın keçmiş rəhbəri rüşvətə görə ölüm cəzasına məhkum edildi

Gələn il yaşa görə orta aylıq pensiyanın 571 manat olacağı gözlənilir

"Nissan" investor axtarışında: "Sağ qalmaq üçün cəmi 12-14 ayımız var"

"Nissan" investor axtarışında: "Sağ qalmaq üçün cəmi 12-14 ayımız var"

Azərbaycanda regional və xarici bankların açılmasına ehtiyac var?

Gələn il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon, xərcləri 41 milyard 367,6 milyon manat olacaq

Müharibə veteranlarına verilən 80 AZN artırılır? - RƏSMİ CAVAB

Bakı metrosunda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək

"Shell" və "BP"nin sabiq mühasibi, dünyanın ən yaşlı kişisi 112 yaşında vəfat edib

Daha 549 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək

"Bona Dea" ilə "Məlhəm Hospital" arasında qalmaqal

Metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq

2024-cü ilin sonuna qədər "WhatsApp"ın işləməyəcəyi telefonlar açıqlandı

Nazir rəisi işdən çıxardı - Yeni təyinat

"MicroStrategy" "Bitcoin"dən 14,7 milyard dollar qazanc əldə edib

"MicroStrategy" "Bitcoin"dən 14,7 milyard dollar qazanc əldə edib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin