Azərbaycan məmurları pullarını hansı banklarda saxlayır?
"Azərbaycan məmurları pullarını Amerika, Avropa və Birləşmiş Ərəb Əmirliklərində saxlamağa üstünlük verirlər".
Bunu Valyuta.az-a iqtisadçı vəkil Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, məmurlar nə Azərbaycanda, nə də xarici ölkə banklarında öz adlarına pul qoymurlar:
“Onlar pullarını adətən qohumlarının, tanışlarının, etibar etdikləri şəxslərin, işçilərinin adına rəsmiləşdirirlər. O ki qaldı sərvətlərini hansı banklara etibar etmələrinə, bunu demək çətindir. Düşünürəm ki, kim daha çox faiz verirsə, məmurlar həmin banklara üstünlük verirlər.
100 minə kimi vəsait qorunan əmanətlərdir. Məmurlar baxırlar, harda təminatlı, daha etibarlı banklar var, həmin yerlərə üstünlük verirlər. Çünki Qərb, Avropa, Amerika bankları bir qayda olaraq pulun mənşəyini soruşur”.
Əkrəm Həsənov hesab edir ki, məmurlar əmanətlərini qohumlarının adına hissə-hissə qoyurlar:
“Yaxud hansısa ofşor şirkətlər yaradırlar. Amma son vaxtlar onun da xeyli problemləri çıxıb”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay