BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7814
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1415
29073

Suraxanı rayonunun 100 min nəfərdən artıq sakini olan Hövsan qəsəbəsində yaşayanlar ərazidə bank filialının olmamasından şikayətçidir.

Qəsəbə sakinləri adından “Qafqazinfo”ya müraciət edən qəsəbənin ağsaqqalı, Suraxanı rayon Ağsaqqallar Şurasının üzvü Kəlpi İsgəndərov xeyli vaxtdır əhalinin bank xidmətləri almaqda çətinliklərlə üzləşdiyini bildirib: “Qəsəbəmizdə rəsmi olaraq 70 min nəfər qeydiyyatdadır. Lakin qeydiyyatda olmayan sakinləri də nəzərə alsaq, Hövsanda 100 min nəfərə yaxın insan yaşayır. Bununla belə uzun illərdir əhalimiz normal bank xidməti almaqda çətinlik çəkir, burada heç bir bank filialı və ya valyutadəyişmə məntəqəsi yoxdur, sakinlər tıxacda qalmaqla, uzun yol qət etməklə şəhərin mərkəzinə və digər ərazilərə gedərək bank xidmətlərindən istifadə etmək məcburiyyətində qalırlar”.

Həmçinin oxuyun: США повышают визовый сбор

Kəlpi İsgəndərov qeyd edib ki, əslində son bir neçə ilədək Hövsanda bank filialı fəaliyyət göstərib: “Əvvəllər qəsəbəmizdə bank filialları da, valyutadəyişmə məntəqələri də olub. Lakin 2015-ci il devalvasiyasından sonra heç bir bank xidməti göstərilmir, valyutadəyişmə məntəqələri də bağlandı. Hazırda Hövsana ən yaxın bank filialı Əmircan qəsəbəsində yerləşir ki, oraya da 17 kilometr məsafədir. Biz başa düşürük ki, kommersiya bankları öz mənfəətlərini düşünür, buna uyğun fəaliyyət istiqamətləri seçirlər. Lakin 150 min nəfərə yaxın insanın da vəziyyətini anlamaq lazımdır və müvafiq dövlət qurumları bu məsələni nəzarətə götürməlidir”.

Qəsəbənin ağsaqqalı əlavə edib ki, mövcud vəziyyətdən ən çox əziyyət çəkənlər əhali ilə yanaşı, sahibkarlıq subyektləridir: “Mənim 81 yaşım var, həm də sahibkarlıq fəaliyyəti göstərirəm. Bu səbəbdən tez-tez banka müraciət etməli oluram. Həm də Hövsanda MİDA-nın böyük bir yaşayış kompleksi tikilib və minlərlə insan orada yaşamağa başlayıb, ətraf yaşayış massivləri də günbəgün böyüyür, bütün bunlar qəsəbəmizdə bank filialının olmasını zəruri edir. Lakin böyük bir ərazidə heç bir bank filialının olmaması bizə böyük çətinliklər yaradır. Dövlət qurumlarından, xüsusilə Mərkəzi Bank rəhbərliyindən xahiş edirik ki, bu məsələyə əncam çəksinlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Intel"ə ABŞ-dan 7,9 milyard dollarlıq yardım

"Intel"ə ABŞ-dan 7,9 milyard dollarlıq yardım

Külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb (FOTO)

Dövlət Radiotezliklər İdarəsi ilə "Teleport" şirkəti arasında nə baş verib?

Azərbaycanda vətəndaşlara bu dərmanlar pulsuz verilə bilər

“Heç kim araşdırmamış heç nə deməsin” - Nazirdən deputata

Xaricdən alınan diş fırçası ölkədə 6 dəfə baha satılır - Rəqəmlər

DSMF 6 milyon manatdan çox sığorta ehtiyatı formalaşdırıb

İnsan bədəni kosmosda nə qədər qala bilər?

Yeni ilə yüksək gəlirlə: Kapital Bank depozit faizlərini 11%-ə qaldırdı®

"Bank of China"nın keçmiş rəhbəri rüşvətə görə ölüm cəzasına məhkum edildi

Gələn il yaşa görə orta aylıq pensiyanın 571 manat olacağı gözlənilir

"Nissan" investor axtarışında: "Sağ qalmaq üçün cəmi 12-14 ayımız var"

"Nissan" investor axtarışında: "Sağ qalmaq üçün cəmi 12-14 ayımız var"

Azərbaycanda regional və xarici bankların açılmasına ehtiyac var?

Gələn il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon, xərcləri 41 milyard 367,6 milyon manat olacaq

Müharibə veteranlarına verilən 80 AZN artırılır? - RƏSMİ CAVAB

Bakı metrosunda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək

"Shell" və "BP"nin sabiq mühasibi, dünyanın ən yaşlı kişisi 112 yaşında vəfat edib

Daha 549 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək

"Bona Dea" ilə "Məlhəm Hospital" arasında qalmaqal

Metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq

2024-cü ilin sonuna qədər "WhatsApp"ın işləməyəcəyi telefonlar açıqlandı

Nazir rəisi işdən çıxardı - Yeni təyinat

"MicroStrategy" "Bitcoin"dən 14,7 milyard dollar qazanc əldə edib

"MicroStrategy" "Bitcoin"dən 14,7 milyard dollar qazanc əldə edib

“ASG Business Aviation”ə aid sığorta şirkətinin itkiləri 10 mln. manatı ötdü - 3 dəfə azalma

"Qala Həyat” geriləməkdə davam edir - Yığımları 1,1 mln. manat azalıb

Azərbaycanda İPO-ların vergi güzəştləri vasitəsilə dəstəklənməsi planlaşdırılır

Sığorta şirkətlərinin ödənişləri üzrə 10 aylıq renkinqi

Sığorta şirkətlərinin yığımları üzrə renkinqi - Yanvar-oktyabr, 2024

Prezident Sərəncam imzaladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin