BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7814
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1415
28891

Müflis elan edilmiş “Günay Bank” müştərilərinə kompensasiyaların ödənilməsi “Bank Respublika” ASC vasitəsilə 19 iyun 2023-cü il tarixdən başlayaraq həyata keçiriləcək.

Əmanətlərin Sığortalanmasi Fondundan Valyuta.az-a verilən məlumata görə, əmanətçilərin ərizələri kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edilir.

Qorunan əmanətçilər əmanət hesabları üzrə hesabdan çıxarışları ləğv prosesində olan “Günay Bank” ASC-nin Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 45 ünvanında yerləşən baş ofisindən əldə edə bilərlər.

Əmanətçilərdən kompensasiyaların alınması üçün “Bank Respublika” ASC-nin müvafiq filiallarına müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq ərizəyə  əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmanəti təsdiqləyən digər sənədlər və onların surəti, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənədin təqdim edilməsi xahiş olunur.
Ətraflı

Həmçinin bildiririk ki, kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, qeyd edilən sənədlərlə yanaşı əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni təqdim etməlidir.

Qorunan əmanətçilər ərizə formalarını 19 iyun 2023-cü il tarixdən etibarən “Bank Respublika” ASC-nin müvafiq filiallarından və ƏSF-nin www.adif.gov.az internet-saytından əldə edə bilərlər. Kompensasiyaların ödənilməsi ilə bağlı “Bank Respublika” ASC-nin müvafiq filial şəbəkəsi barədə əlavə məlumat veriləcək.

Məlumat üçün qeyd edək ki, əmanətlər "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq. Belə ki, sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 (bir yüz) min manatdan çox olmamaqla, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya məbləği 20 (iyirmi) min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödəniləcək.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-42/2023 nömrəli, 18 may 2023-cü il tarixli qərarı ilə “Günay Bank” ASC müflis elan edilib və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilib. Həmçinin, “Əmanətlərin sığortalanması haqqında” Qanuna uyğun olaraq “Günay Bank” ASC-də sığorta hadisəsi günü 18 may 2023-cü il müəyyən edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Intel"ə ABŞ-dan 7,9 milyard dollarlıq yardım

Külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb (FOTO)

Dövlət Radiotezliklər İdarəsi ilə "Teleport" şirkəti arasında nə baş verib?

Azərbaycanda vətəndaşlara bu dərmanlar pulsuz verilə bilər

“Heç kim araşdırmamış heç nə deməsin” - Nazirdən deputata

Xaricdən alınan diş fırçası ölkədə 6 dəfə baha satılır - Rəqəmlər

DSMF 6 milyon manatdan çox sığorta ehtiyatı formalaşdırıb

İnsan bədəni kosmosda nə qədər qala bilər?

Yeni ilə yüksək gəlirlə: Kapital Bank depozit faizlərini 11%-ə qaldırdı®

"Bank of China"nın keçmiş rəhbəri rüşvətə görə ölüm cəzasına məhkum edildi

Gələn il yaşa görə orta aylıq pensiyanın 571 manat olacağı gözlənilir

"Nissan" investor axtarışında: "Sağ qalmaq üçün cəmi 12-14 ayımız var"

"Nissan" investor axtarışında: "Sağ qalmaq üçün cəmi 12-14 ayımız var"

Azərbaycanda regional və xarici bankların açılmasına ehtiyac var?

Gələn il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon, xərcləri 41 milyard 367,6 milyon manat olacaq

Müharibə veteranlarına verilən 80 AZN artırılır? - RƏSMİ CAVAB

Bakı metrosunda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək

"Shell" və "BP"nin sabiq mühasibi, dünyanın ən yaşlı kişisi 112 yaşında vəfat edib

Daha 549 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək

"Bona Dea" ilə "Məlhəm Hospital" arasında qalmaqal

Metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq

2024-cü ilin sonuna qədər "WhatsApp"ın işləməyəcəyi telefonlar açıqlandı

Nazir rəisi işdən çıxardı - Yeni təyinat

"MicroStrategy" "Bitcoin"dən 14,7 milyard dollar qazanc əldə edib

"MicroStrategy" "Bitcoin"dən 14,7 milyard dollar qazanc əldə edib

“ASG Business Aviation”ə aid sığorta şirkətinin itkiləri 10 mln. manatı ötdü - 3 dəfə azalma

"Qala Həyat” geriləməkdə davam edir - Yığımları 1,1 mln. manat azalıb

Azərbaycanda İPO-ların vergi güzəştləri vasitəsilə dəstəklənməsi planlaşdırılır

Sığorta şirkətlərinin ödənişləri üzrə 10 aylıq renkinqi

Sığorta şirkətlərinin yığımları üzrə renkinqi - Yanvar-oktyabr, 2024

Prezident Sərəncam imzaladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin