Azərbaycanda 2 BOKT-un lisenziyası ləğv olunub
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə "Gold Finance" və "Viza Kredit" MMC-lər bank olmayan kredit təşkilatlarının (BOKT) lisenziyası ləğv olunub.
Valyuta.az bu barədə tənzimləyici quruma istinadən xəbər verir.
Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 54-dən 52-yə düşüb.
"Həmin kredit təşkilatlarının müştərilərinə verdiyi borclar tamamilə “ümidsiz aktiv” təsnifat kateqoriyasında olub və kapital tələbləri pozulub. Bundan əlavə, onlar son bir neçə ildə kreditləşmə həyata keçirməyib. Bununla əlaqədar, kapitalın bərpası və aktivlərin keyfiyyətinin yaxşılaşdırılması üçün möhlət və aidiyyəti göstərişlər verilsə də, həmin təşkilatlar zəruri tədbirlər görməyib.
“Bank olmayan kredit təşkilatları haqqında” qanunun 25.4-cü maddəsinə əsasən, BOKT lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən olunmuş qaydada ləğv edilir", - deyə tənzimləyici qurum bəyan edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay