"Günay Bank"ın sədri: "Nizamnamə kapitalını artırmağa hazırlaşırdıq"
Azərbaycan Mərkəzi Bankının (AMB) qərarı ilə ötən gün lisenziyası ləğv olunmuş “Günay Bank” ASC-nin İdarə Heyətinin sədri Baratəli Piriyev Bankın bağlanmasına münasibət bildirib.
O, “Report”a qısa açıqlamasında bunları deyib: "Bu, dövlətin qərarıdır, heç nə deyə bilmərik. AMB bunu hansısa formada əsaslandırıb. Bizə müəyyən xəbərdarlıqlar edilmişdi ki, problemləriniz var, məcmu kapitalınız azdır. Biz də onu artırmağa hazırlaşırdıq, iyulun 5-i səhmdarların növbəti ümumi yığıncağını keçirib nizamnamə kapitalının artırılması məsələsini müzakirə edəcəkdik".
Xatırladaq ki, AMB "Günay Bank"ın məcmu kapitalının müəyyən edilmiş tələbdən - 50 milyon manatdan, məcmu kapitalının adekvatlıq əmsalının isə 3 %-dən az olmasını, cari fəaliyyətinin etibarlı və prudensial qaydada həyata keçirilməməsini əsas gətirərək "Banklar haqqında" qanuna əsasən, onun lisenziyasını ləğv edib, Bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət edib, eləcə də kredit təşkilatına müvəqqəti inzibatçı təyin edərək onun idarә olunması üzrә bütün sәlahiyyәtlәri, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya verib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay