BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7814
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1415
28462

"Rabitəbank” ASC və “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB (AJN) və Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün müsabiqə elan edir. Jurnalistika fakültəsində oxuyan tələbələr  məqalələrini 10 may tarixindən başlayaraq, 5 iyuna qədər müsabiqəyə təqdim edə bilərlər. Nəticələr 15 İyun Milli Qurtuluş Günündə açıqlanacaq.
 
1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Müstəqil dövlətçiliyimizin yox olmaq təhlükəsi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 15 iyun tarixində hakimiyyətə qayıdışı ilə aradan qalxıb. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub. 15 iyun – Milli Qurtuluş Gününün təntənəsi bu gün də özünü büruzə verir, müstəqil respublikamızın davamlı inkişafını təmin edir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. “Xilaskar” adlı esse müsabiqəsinin əsas mövzusu da məhz Milli Qurtuluş Gününə və onun nəticələrinə həsr olunub.
 
Müsabiqənin şərtləri:

1. Müsabiqədə yalnız jurnalistika ixtisası üzrə hazırda bakalavr və magistratura pilləsində təhsil alan tələbələr iştirak edə bilərlər.
2. İştirak etmək istəyənlər təqdim etdiyimiz link-ə daxil olub göstərilən müraciət formasını dolduraraq, mövzu üzrə məqalələrini göndərə bilərlər: //bit.ly/44K9cya 
3. Müsabiqəyə müraciət 10 may 2023 tarixində başlanır, 05 iyun 2023-cü il, saat 14:00-da bitir.

Yazılar aşağıdakı tələblərə cavab verməlidir:

* Azərbaycan dilində və “Times New Roman” şrifti ilə 12 ölçüdə hazırlanmalı;
* Yazı maksimum 3 səhifə və 1500 söz həcmində olmalıdır;
* Yazılarda Milli Qurtuluş Gününün mahiyyəti, tarixi, bugünkü nəticələri barədə fikir və mülahizələr, şərhlər, arqumentlər, statistik göstəricilər əks etdirilməlidir.
* Eyni məzmunlu və fərqli müəlliflərə aid yazılardan istifadə edilməməlidir.

Qeyd edək ki, yazılar peşəkarlardan ibarət müsabiqə komissiyası tərəfindən yoxlanılacaq. Müsabiqədə ilk 3 yerin qalibinə pul mükafatı, növbəti 10 yer üçün xüsusi diplom və simvolik hədiyyələr təqdim olunacaq.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Nissan" investor axtarışında: "Sağ qalmaq üçün cəmi 12-14 ayımız var."

"Nissan" investor axtarışında: "Sağ qalmaq üçün cəmi 12-14 ayımız var."

Azərbaycanda regional və xarici bankların açılamasına ehtiyac var?

Gələn il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon, xərcləri 41 milyard 367,6 milyon manat olacaq

Müharibə veteranlarına verilən 80 AZN artırılır? - RƏSMİ CAVAB

Bakı metrosunda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək

"Shell" və "BP"nin sabiq mühasibi, dünyanın ən yaşlı kişisi 112 yaşında vəfat edib

Daha 549 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək

"Bona Dea" ilə "Məlhəm Hospital" arasında qalmaqal

Metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq

2024-cü ilin sonuna qədər "WhatsApp"ın işləməyəcəyi telefonlar açıqlandı

Nazir rəisi işdən çıxardı - Yeni təyinat

"MicroStrategy" "Bitcoin"dən 14,7 milyard dollar qazanc əldə edib

"MicroStrategy" "Bitcoin"dən 14,7 milyard dollar qazanc əldə edib

“ASG Business Aviation”ə aid sığorta şirkətinin itkiləri 10 mln. manatı ötdü - 3 dəfə azalma

"Qala Həyat” geriləməkdə davam edir - Yığımları 1,1 mln. manat azalıb

Azərbaycanda İPO-ların vergi güzəştləri vasitəsilə dəstəklənməsi planlaşdırılır

Sığorta şirkətlərinin ödənişləri üzrə 10 aylıq renkinqi

Sığorta şirkətlərinin yığımları üzrə renkinqi - Yanvar-oktyabr, 2024

Prezident Sərəncam imzaladı

“Ölən şəxsin pensiya vəsaiti ailəsinə verilməlidir”

20 Yanvar dairəsindən Sumqayıta müntəzəm marşrut xətti açılacaq?

Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi

Dünyanın ən bahalı avtomobil QƏZASI: 13,4 milyon manat

Milyonlarla pulu ölkəyə qaytarmayanlar saxlanılıb - Adlar

Könüllü sığorta üzrə ödənişlər 150 milyon manata yaxın artıb

Yağış yağacaq, şimşək çaxacaq

Sahibləri “Expressbank”dan nə qədər qazanır?

Sahibləri “Expressbank”dan nə qədər qazanır?

Dəyəri 5 000 manata qədər məhsulların ixracı gömrük ödənişlərindən azad olunacaq

"Təşviqlər hesabına İKT sektorunda maaş fondu 40% artıb"

Ləzə kəndində turizm infrastrukturu yaradılacaq - Agentlik 1,1 milyon manat ayırdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin