Bank
05.05.2023 / 12:12
AMB investisiya məqsədli pul nişanlarının dəyərini gündəlik müəyyən edəcək
28351
Azərbaycan Mərkəzi Bankının (AMB) ilk dəfə tədavülə buraxdığı, yüksək əyarlı yerli qızıldan hazırlanmış investisiya məqsədli pul nişanları həm ölkə, həm də xarici vətəndaşlar üçün əlçatan olacaq.
"Report" xəbər verir ki, bunu AMB-nin baş direktoru Aqşin Vəliyev pul nişanlarının təqdimatında bildirib.
Onun sözlərinə görə, qızıl sikkələr 999,9 əyarlı qiymətli metaldan hazırlanıb və onları həm AMB-nin, həm də yerli bankların kassalarından almaq mümkün olacaq.
"Sikkələrin dəyəri AMB-nin internet səhifəsində gündəlik açıqlanacaq, qızılın dəyərinə uyğun olaraq hesablanacaq", - deyə A.Vəliyev əlavə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay