I rübdə “Naxçıvanbank”ın aktivləri 9,4% azalıb
2023-cü ilin yanvar-mart aylarında “Naxçıvanbank” ASC-nin aktivləri 9,4% - 313 milyon 869,59 min manata qədər azalıb.
Bu barədə Valyuta.az-a bankdan məlumat verilib.
Mart ayının sonuna bankın kredit portfeli 173,671 milyon manat (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 0,03%) təşkil edib.
Bankın öhdəlikləri 196 milyon 853,5 min manata (azalma 16%), depozitlər 112,447 milyon manata (azalma 27,6%), əhalinin əmanətləri 6,799 milyon manata (azalma 34,4%) bərabərdir.
“Naxçıvanbank”ın kapitalı 117 milyon 16,08 min manat (artım 4,3%), nizamnamə kapitalı 94 milyon manat (dəyişməyib) təşkil edir.
Cari ilin I rübünün yekunları üzrə bankın xalis mənfəəti 5 milyon 56,8 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 44,1% çoxdur.
“Naxçıvanbank” 2008-ci ilin avqust ayında bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya alıb. Bankın səhmdarları fiziki şəxslərdir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay