“Günay Bank” kiçilib, şirkətlər 2.5 mln. manat depoziti geri çəkib
“Günay Bank” 2023-cü ilin birinci rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.
Cari ilin ilk 3 ayında “Günay Bank” 277 min manat xalis mənfəət əldə edib. Ötən ilin ilk 3 ayında bank 577 min manat xalis zərər açıqlamışdı.
Hesabat dövründə bankın faiz gəlirlərinin həcmi illik müqayisədə 5.6% azalaraq 3 milyon 268 min manat təşkil edib. Bankın faiz xərcləri 19.7% artaraq 2 milyon 725 min manat olub. Nəticədə bankın xalis faiz gəlirləri 543 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2.2 dəfə azdır.
Bankın qeyri-faiz gəliri 88.8% artaraq 2 milyon 281 min manat, qeyri-faiz xərcləri isə 8.3% artaraq 2 milyon 480 min manat təşkil edib.
Bu dövrdə bankın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 1.1% artaraq 200 milyon 946 min manata bərabər olub. Eyni dövrdə bankın depozit portfeli 2.6% azalaraq 108 milyon 566 min manat təşkil edib. O cümlədən fiziki şəxslərin depozitləri 73 milyon 481 min manata(0.5% az), hüquqi şəxslərin depozitləri isə 35 milyon 84 min manata(6.6% az) bərabər olub.
Hesabat dövründə “Günay Bank” ın aktivlərinin həcmi 2022-ci ilin sonu ilə müqayisədə 2.5% və ya 7 milyon 43 min manat azalaraq 274 milyon 274 min manat, cəmi öhdəliklərinin həcmi isə 3.5% və ya 7 milyon 471 min azalaraq 206 milyon 295 min manat təşkil edib.
2023-cü il aprel ayının 1-nə bankın cəmi kapitalının həcmi 67 milyon 978 min manata bərabər olub ki, bu göstərici ötən ilin sonu ilə müqayisədə 0.6% manat çoxdur./APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay