Palata Elman Rüstəmovun bu nöqsanlarını aşkara çıxardı...
“Həmin dövrdə bu sahəyə cavabdeh olan hər bir şəxs qanun çərçivəsində cəzalandırılmalıdır”
Hesablama Palatası Mərkəzi Bankın 2021-ci il və 2022-ci il 6 ayına dair maliyyə-təsərrüfat fəaliyyətinin dair audit yoxlamanması aparıb. Nəticədə Mərkəzi Banka aid bir sıra nöqsanlar aşkarlanıb.
Bildirilib ki, Mərkəzi Bank ayrı-ayrı illər və obyektlər obyektlər üzrə Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq edilmiş investisiya büdcəsində hər il üçün nəzərdə tutulan investisiya vəsaitləri müvafiq il ərzində istifadə edilməmiş və ya müvafiq ilin büdcəsində nəzərdə tutulmadığı halda, investisiya xərclərinə yol verilib.
Həmçinin, elmi-tədqiqat işlərinə görə qeyri-rezident fiziki şəxslə bağlanmış müqavilə üzrə həyata keçirilmiş ödəniş ilə bağlı ödəmə mənbəyindən 4,9 min manat məbləğində vergi borcunun, qeyri-rezident hüquqi şəxslərlə bağlanmış müqavilələr üzrə isə ödəmə mənbəyindən 9 halda 210,6 min manat məbləğində vergi borcu ödənilməyib. Eyni zamanda, informasiya texnologiyaları sahəsi üzrə iş və xidmətlərin göstərilməsinə görə qeyri-rezident hüquqi şəxslərlə bağlanmış müqavilələr üzrə 207,4 min manat ƏDV məbləğinin hesablanaraq dövlət büdcəsinə ödənilməsi təmin edilməyib.
“Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmovun fəaliyyəti dönəmində qurumda çoxlu sayda qayda pozuntuları olub”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd edib ki, Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmovun fəaliyyəti dönəmində qurumda çoxlu sayda qayda pozuntuları olub. Bu danılmaz faktdır. Hesablama Palatasının açıqladığı hesabatda qeyd edilir ki, 2021 və 2022-ci illərdə Mərkəzi Bankda artıq xərclərə yol verilib: “Bu faktlar üzrə cinayət işi də açıla bilər. Dövlətə zərər vurulubsa bunun cəzası da olmalıdır. Həmin dövrdə bu sahəyə cavabdeh olan hər bir şəxs qanun çərçivəsində cəzalandırılmalıdır. Rüstəmov dövrünün qanun pozuntularının da araşdırılıb təqsirkarların məsuliyyətə cəlb olunacağına ümid edirəm. Nəzərə almaq lazımdır ki, hər şeyin başında duran qanundur. Taleh Kazımovdan məhz bunu gözləyirik!”.
Həmsöhbət onu da əlavə edib ki, Rüstəmovun Mərkəzi Bankın sədri olaraq mövcudluğu bank sisteminin bərbad idarəedilməsinin və çoxsaylı qanun pozuntularının davamı ilə yanaşı devalvasiya təhlükəsindən xəbər verirdi. O sədr olduğu dönəmdə hər kəs bu xəbəri gözləyirdi.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay