BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7814
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1415
27579

Azərbaycanın bank sektorunda unikal hadisə qeydə alınıb.

İllik depozit portfeli 150-180 milyon manat ətrafında dəyişən bank əmanətçilərinə bir manat da olsa faiz ödəmir.

FED.az xəbər verir ki, bu hal ölkənin yeganə regional bankı olan «Naxçıvanbank»da qeydə alınıb. Sözügedən bank 2020-2021 və 2022-ci illərdən bəri, artıq 3 ildir ki, depozit sahiblərinə faiz ödəmir. 

2022-ci il – 155 milyon manat depozit portfeli

Bankın depozit portfeli 155 milyon 416 min manat  təşkil edib. Bunun 29 milyon 747 min manatı xarici valyutada olub.

Depozit portfelində fiziki şəxslərin depozitləri 10 milyon 370 min manat təşkil edib. Bunun 1 milyon 896 min manatı xarici valyutada yerləşdirilib.

Fiziki şəxslərin bütün depozitləri faizsiz tələbli depozitlər kimi yerləşdirilib. Yəni depoziti yerləşdirən tərəf buna görə faiz tələb etməyib.

Fiziki şəxslərin faizli tələbli depozitlər maddəsi sıfıra bərabərdir.

Naxçıvanbankda hüquqi şəxslərin tələbli depozitləri isə 145 milyon 046 min manat təşkil edib. Bunun 27 milyon 850 min manatı xarici valyutada yerləşdirilib.

Hüquqi şəxslərin depozitlərinin də hamısı faizsiz tələbli depozitlər kimi banka yerləşdirilib. Faizli tələbli depozitlər qrafası isə sıfırdır. Yəni depozitin sahibi olan şirkətlər bankdan bu depozit müqqabilində faiz tələb etmək niyyətində olmayıblar.

Bu fokusun nəticəsində Bank belə böyük depozit portfelinə görə, bir manat da olsa ödəniş etməyib. Daha dəqiq ödəniş cüzi olub – cəmi 880 manat. Bu faizi digər banklar 80 min əmanətə görə ödəyirlər. 

«Naxçıvanbank»da eyni vəziyyət 2020-ci ildən bəri – azı 3 ildir ki, davam edir. Məsələ bundadır ki, bank 2008-ci ildən bəri fəaliyyət göstərsə də, yalnız son 3 ilin hesabatları açıqlanıb, ondan əvvəlki dövr üçün hesabatlar göstərilmir. Beləliklə

2021-ci il – depozit portfeli 180 milyon manat

Bankın ümumi depozit portfeli 180 milyon 348 min manat təşkil edib. Bunun 36 milyon 244 min manatı xarici valyutada olub.

Bankda fiziki şəxslərin tələbli depozitləri, 23 milyon 030 min manat təşkil edib, bunun da 11 milyon 360 min manatı xarixi valyutada olub.

2021-ci ildə fiziki şəxslərin «Naxçıvanbank»dakı bütün depozitləri faizsiz tələbdi depozitlər olub – yəni faiz ödənilməyən depozitlər. Faizli tələbli depozitər qrafası isə sıfırı göstərir.

Hüquqi şəxslərin «Naxçıvanbank»dakı depozitləri isə 2021-ci ilin sonuna 157 milyon 318 min manat olub. Bunun 24 884 min manatı xarici valyutadadır.

Burada da depozitlər demək olar bütünlüklə faizsiz tələbli depozitlər qrupundadır – yəni depozit sahibi buna görə bankdan faiz tələb etmir.

2020-ci il - depozit portfeli 143 milyon manat

2020-ci ildə «Naxçıvanbank»ın ümumi depozit portfeli 142 milyon 162 min manat təşkil edib. Bunun 131 milyon 175 min manatı xarici valyutada olub.

Fiziki şəxslərin tələbli depozitləri cəmi 21 milyon 722 min manat olub. Bundan 10 milyon 735 min manatı xarici valyutadadır. Vəsaitin hamısı faizsiz tələbli depozitlər rejimində yerləşdirilib.

Hüquqi şəxslərin isə 2020-ci ilin sonuna «Naxçıvanbank»da cəmi 120 milyon 440 min depoziti olub. Bunun 120 milyon 440  min manatı xarici valyutadadır.

Şirkətlərin depozitləri bütünlüklə faizsiz tələbli depozitlər kimi yerləşdirilib, yəni depozit sahibi tərəfindən bankdan faiz tələb edilməyib.

Qeyd edək ki, qanuni əməliyyat olsa da, bankda davamlı vəsait saxlayaraq faiz istəməmək məntiqsizdir.

Bu vəziyyət iki halda ola bilər.

Birinci hal - depozit sahibinə pul lazım deyil.

İkinci hal - depozit sahibi bankın öz sahibidir, ona görə də bankdan əlavə faiz tələb olunmur.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sığorta şirkətlərinin yığımları üzrə renkinqi - Yanvar-oktyabr, 2024

Prezident Sərəncam imzaladı

“Ölən şəxsin pensiya vəsaiti ailəsinə verilməlidir”

20 Yanvar dairəsindən Sumqayıta müntəzəm marşrut xətti açılacaq?

Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi

Dünyanın ən bahalı avtomobil QƏZASI: 13,4 milyon manat

Milyonlarla pulu ölkəyə qaytarmayanlar saxlanılıb - Adlar

Könüllü sığorta üzrə ödənişlər 150 milyon manata yaxın artıb

Yağış yağacaq, şimşək çaxacaq

Sahibləri “Expressbank”dan nə qədər qazanır?

Sahibləri “Expressbank”dan nə qədər qazanır?

Dəyəri 5 000 manata qədər məhsulların ixracı gömrük ödənişlərindən azad olunacaq

"Təşviqlər hesabına İKT sektorunda maaş fondu 40% artıb"

Ləzə kəndində turizm infrastrukturu yaradılacaq - Agentlik 1,1 milyon manat ayırdı

Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıb

Assosiasiya BOKT-lər üçün nizamnamə kapitalı tələbinin artırılmasına münasibət bildirib

Bu şəxslərin maaşlarının artırılması təklif olunur

Azərbaycanda bankların faiz xərclərinin həcmi açıqlanıb - SİYAHI

Xaricdən nəqliyyat vasitələri alışına çəkdiyimiz xərc 300 milyon dollara yaxın azalıb

"Azpulmat" və "Manato"ya borcu olanlara şad xəbər - Qaydalar dəyişdi

Bu şirkət 10 ayda 20 tender udub - Siyahı

Bakı merinin müavinləri yoxdur - 4 yüksək posta təyinat ola bilər

Banklar nə qədər əməliyyat gəliri əldə edib? - Cədvəl

Ali Məhkəmə: Kredit mübahisələrində bankın hesabdan çıxarışı və maliyyə arayışı mötəbər sübut sayılmır

BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırıldı

Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU

Konsultasiya şirkətləri biznesə necə dəstək olur?

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Yüksək dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Milli Məclisdə yeni təyinat

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin