Bank
04.04.2023 / 12:28
2 bankın 600 min manatlıq əmlakı hərraca çıxarılır
27522
Aprelin 27-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Texnikabank” və “Gəncə Bank” ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.
Valyuta.Az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Bildirilir ki, söhbət “Texnikabank”a məxsus Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 32A yerləşən 278,9 kv.metrlik qeyri-yaşayış binasından və “Gəncə Bank”a məxsus Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, b. 247 ünvanında yerləşən 75,2 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir. “Texnikabank”ın əmlakı 420 min manata, "Gəncə Bank"ın əmlakı isə 185 min manata qiymətləndirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay