Banklar Assosiasiyasının nəzdində yeni Ekspert Qrupu yaradılıb
Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) tövsiyəsi ilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində daimi əsasda fəaliyyət göstərəcək “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə Ekspert Qrupu” yaradılıb və qrupun ilk iclası keçirilib.
AMB-dən ValyutaAz-a bildirilib ki, qrupun yaradılmasında məqsəd bu sahədə Mərkəzi Bank, ABA, Bank Ombudsmanı və Mediasiya Şurası arasında daha sıx qarşılıqlı əlaqələrin qurulması, daxil olan şikayətlərin baxılması, statistikası, təhlili və müsbət həllinin tapılması istiqamətində təkliflərin müzakirəsi, beynəlxalq təcrübələrin öyrənilməsi və vahid yanaşmaların tətbiqinin təşkilidir.
Mərkəzi Bankın nümayəndələrinin də iştirak etdiyi iclasda Ekspert Qrupu tərəfindən görüləcək işlər, qarşıya qoyulan məqsədlər müzakirə edilib, fəaliyyət istiqamətləri haqqında fikir mübadiləsi aparılıb. İclasda istehlakçıların rahat şəkildə müraciət etmələri üçün şəraitin yaradılması, müştəri məmnuniyyətinin təmini, onların şikayətlərinə baxılması və onların müsbət həlli, həmçinin mübahisələrin məhkəmədən kənar qaydada Bank Ombudsmanı və mediasiya vasitəsilə həlli istiqamətində fəaliyyətin təşkilinin əhəmiyyəti qeyd edilib, banklarda bu sahədə zəruri tədbirlərin görülməsinin vacibliyi bildirilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay