30.03.2023 / 11:33
Tədiyə balansının qalığı 3 dəfə artıb
27362
2022-ci ildə Azərbaycanın tədiyə balansının ümumi qalığı 9 milyard 375,1 milyon ABŞ dolları təşkil edib.
Valyuta.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 3 dəfə çoxdur.
Ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 23 milyard 478,1 milyon ABŞ dollarlıq qalıq (1 il əvvələ nisbətən 2,8 dəfə çox), maliyyə hesabındakı 12 milyard 485,2 milyon ABŞ dollarlıq kəsir (2,5 dəfə çox), balanslaşdırıcı maddələr üzrə 1 milyard 617,8 milyon ABŞ dollarlıq kəsir (10,5 dəfə çox) hesabına formalaşıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay