Bank
02.02.2023 / 11:34
"Unibank"ın İdarə Heyətində təyinat
26525
“Unibank KB” ASC Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının qərarına əsasən, Tural Həsənov İdarə Heyətinin üzvü və Baş risk inzibatçısı vəzifəsinə təyin edilib.
Valyuta.az xəbər verir ki, bu təyinatadək, o, bankda Risklər üzrə Baş Direktor vəzifəsində çalışıb. Tural Həsənov 2016-cı ildən Unibank komandasının üzvüdür. “Unibank”dan əvvəl Azərbaycan Respublikasının Mərkəzi Bankında müxtəlif vəzifələrdə çalışıb.
O, ODTÜ-də “İqtisadiyyat” ixtisası üzrə bakalavr təhsilini şərəf diplomu ilə bitirib. Sonra isə Birləşmiş Krallığın “Exeter” Universitetində “Maliyyə və İdarəetmə” üzrə magistr dərəcəsi alıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay