Bank
31.01.2023 / 13:53
İpoteka kreditləri üzrə müraciətlərin yenidən qəbuluna başlanılır
26478
Fevralın 1-də saat 10:00-dan Azərbaycanda adi ipoteka kreditləri, fevralın 2-də, saat 10:00-dan isə güzəştli ipoteka kreditləri üzrə müraciətlərin yenidən qəbuluna başlanılacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə İpoteka, Kredit və Zəmanət Fondu məlumat yayıb.
Məlumata görə, “Elektron ipoteka və kredit zəmanət” sistemindən istifadənin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə əlavə tədbirlər görülüb. İpoteka kreditlərinin verilməsi şərtləri və güzəştli ipoteka kreditlərindən faydalana biləcək şəxslərin siyahısı barədə məlumatları Fondun internet səhifəsindən (www.mcgf.gov.az/menu/46) əldə etmək olar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay