BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
26372
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin keçmiş sədri istefa verdikdən sonra biznes strukturlarını da itirməkdə davam edir. 
 
Qaynarinfo xəbər verir ki, "xan”a məxsus ən iri biznes subyektlərindən biri olan "Gəmiqaya Holdinq” onun əlindən çıxandan sonra "Naxçıvanbank” ASC-ni də itirib.
 
"Naxçıvanbank” ASC 2008-ci ildə yaradılıb. Bankın səhmdarları haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. ASC-nin rəsmi-veb səhifəsində "Səhmdarlar” bölümündə bankın səhmdarlarının 4 fiziki şəxs olduğu qeyd edilib. Lakin onların adları açıqlanmır. 
 
Bankın illik maliyyə hesabatlarında da səhmdarlar haqqında heç bir məlumat yoxdur. Baxmayaraq ki, bank hesabatlarını Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun tərtib etdiyini iddia edir. Bu hesabatın tələblərinə görə isə şirkətin əsas səhmdarlarının adları və payları, eləcə də ona son nəzarət edən tərəfin adı açıqlanmalıdır.
 
Əldə etdiyimiz məlumatlara görə, bankın səhmdarlarından 3-ü Vasif Talıbovun yaxın ətrafına daxildir. Onlardan biri keçmiş sədrin qızı Baharxanım Talıbovadır ki, o, bankın Müşahidə Şurasının üzvü olub. Vasif Talıbov istefa verdikdən sonra Baharxanım Talıbova da "Naxçıvanbank”ın Müşahidə Şurasının üzvlüyündən çıxarılıb. 
 
İkinci şəxs Müşahidə Şurasının digər üzvü Rifat Mahmudovdur. İddialara görə, o da bankın səhmdarlarından biridir. 
 
Rıfat Mahmudov Sədərək Gömrük İdarəsinin rəisi Nicat Mahmudovun qardaşıdır. O bu posta 2018-ci ildə təyin olunub. 
 
Rifat Mahmudov
 
Sədərək Gömrük İdarəsi Vasif Talıbov üçün kifayət qədər əhəmiyyətli postdur. Həmin posta onun yaxın ətrafına daxil olmayan kiminsə təyin olunması sadəcə mümkün deyil. Vasif Talıbov uzun illər bu idarəyə nəzarət uğrunda mübarizə aparıb. Mediada da bu barədə kifayət qədər məlumatlar yer alıb. 
 
Bundan başqa, Rıfat Mahmudov haqqında məlumatlarda onun Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat kafedrasının müəllimi olduğu, eyni zamanda Talıbovların biznes strukturlarından olan "Nəqşicahan” şirkətində çalışdığı qeyd edilib. Bu faktlar onun Talıbovlara kifayət qədər yaxın şəxs olduğu barədə ehtimalları artırır. 
 
Əsədulla İsgəndərov
 
Məlumatlarda "Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının sədri Əsədulla İsgəndərovun da bankın səhmdarlarından olduğu bildirilir. Bu şəxs də Vasif Talıbova yaxın olduğuna görə Müşahidə Şurasının sədri vəzifəsindən uzaqlaşdırılıb. 
 
Beləliklə, Vasif Talıbov faktiki olaraq bu 3 şəxsin hesabına bankda əhəmiyyətli paya sahib olub. Adıçəkilən şəxslərin "Naxçıvanbank” ASC-nin rəhbərliyindən uzaqlaşdırılması isə Vasif Talıbovun artıq bankı itirdiyini deməyə əsas verir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sahibləri “Expressbank”dan nə qədər qazanır?

Sahibləri “Expressbank”dan nə qədər qazanır?

Dəyəri 5 000 manata qədər məhsulların ixracı gömrük ödənişlərindən azad olunacaq

"Təşviqlər hesabına İKT sektorunda maaş fondu 40 % artıb"

Ləzə kəndində turizm infrastrukturu yaradılacaq - Agentlik 1,1 milyon manat ayırdı

Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıb

Assosiasiya BOKT-lər üçün nizamnamə kapitalı tələbinin artırılmasına münasibət bildirib

Bu şəxslərin maaşlarının artırılması təklif olunur

Azərbaycanda bankların faiz xərclərinin həcmi açıqlanıb - SİYAHI

Xaricdən nəqliyyat vasitələri alışına çəkdiyimiz xərc 300 milyon dollara yaxın azalıb

"Azpulmat" və "Manato"ya borcu olanlara şad xəbər - Qaydalar dəyişdi

Bu şirkət 10 ayda 20 tender udub - Siyahı

Bakı merinin müavinləri yoxdur - 4 yüksək posta təyinat ola bilər

Banklar nə qədər əməliyyat gəliri əldə edib? - Cədvəl

Ali Məhkəmə: Kredit mübahisələrində bankın hesabdan çıxarışı və maliyyə arayışı mötəbər sübut sayılmır

BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırıldı

Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU

Konsultasiya şirkətləri biznesə necə dəstək olur?

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Yüksək dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Milli Məclisdə yeni təyinat

Taksi qiymətləri yenidən dəyişdi (VİDEO)

35 şirkətin rəhbəri həbs olundu: Bir neçə vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edildi

Vasif Talıbovun oğlunun rəhbərlik etdiyi federasiya fəaliyyətini dayandırdı

Rusiyadan "Telegram"a 7 milyon rubl cərimə

Rubl və avro bahalaşdı - Məzənnə

Neftimizin qiyməti 2 dollara yaxın ucuzlaşıb

Pulsuz tibbi xidmətlərin sayı artırılır - RƏSMİ

Süni intellekt əsəb və stresi azalda bilərmi? - Araşdırma - SƏHƏR OXUSU

Tehran və Moskvanın dollarla vidalaşması

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin