BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
25958

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB-nin təşkilatçılığı və “Rabitəbank” ASC-nin dəstəyi ilə keçirilən “Rəqəmsal dünyada jurnalistika” layihəsi başa çatıb. 

İki ay davam edən layihəni uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub. 

“Rəqəmsal dünyada jurnalistika” layihəsi çərçivəsində iki ay müddətində jurnalistikaya marağı olan və bu sahədə fəaliyyət göstərmək istəyən gənclər üçün silsilə təlim sessiyaları təşkil olunub. 

“Rabitəbank” ASC-nin binasında keçirilən sertifikatların təqdim olunması mərasimində bankın İdarə Heyəti Sədrinin 1-ci müavini Orhan Gültekin iştirak edib və belə bir layihənin tərəfdaşı olmaqdan məmnunluğunu dilə gətirib. 

“Rabitəbank ölkəmizdə maliyyə sektorunda rəqəmsal sahənin inkişafı adına yeniliklər etməsi ilə seçilən bir maliyyə təşkilatıdır. Belə bir layihəni dəstəkləməklə jurnalistikaya marağı olan 12 gəncin bu sahədə uğurlar əldə edəcəyinə inanır və ümumilikdə ölkə mediasına bu addımla töhfə verəcəyimizi düşünürük”,-deyə Orhan Gültekin bildirib. 

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB-nin sədri Ayaz Mirzəyev çıxışında özəl sektorun medianın inkişafına istiqamətlənmiş bir layihəni dəstəkləməsinin çox təqdirəlayiq bir hal olduğunu deyib. 

“Rabitəbank kimi rəqəmsal sahədə sürətlə inkişaf edən bir maliyyə qurumunun bizim layihəni dəstəkləməsi bizi çox sevindirir. Bu gün gənc jurnalistlərin yetişdirilməsi prosesinə edilən bu mühüm dəstək mediamızın, eləcə də gənc jurnalistlərimizin yetişməsinə müsbət təsir edəcəyinə inanıram”,- deyə Ayaz Mirzəyev qeyd edib. 

Qeyd edək ki, ölkənin tanınmış jurnalistləri və xaricdən dəvət olunmuş ekspertin iştirakı ilə keçirilən təlimlərdə müasir rəqəmsal alətlərdən istifadə edərək məzmun yaradılması, eləcə də biznes xəbərlərinin istehsalına dair müxtəlif bilik və bacarıqlar öyrədilib. Bundan başqa, iştirakçılar bir neçə aparıcı media qurumlarında səfər turlarında iştirak ediblər. 

“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Milyonlarla pulu ölkəyə qaytarmayanlar saxlanılıb - Adlar

Könüllü sığorta üzrə ödənişlər 150 milyon manata yaxın artıb

Yağış yağacaq, şimşək çaxacaq

Sahibləri “Expressbank”dan nə qədər qazanır?

Sahibləri “Expressbank”dan nə qədər qazanır?

Dəyəri 5 000 manata qədər məhsulların ixracı gömrük ödənişlərindən azad olunacaq

"Təşviqlər hesabına İKT sektorunda maaş fondu 40% artıb"

Ləzə kəndində turizm infrastrukturu yaradılacaq - Agentlik 1,1 milyon manat ayırdı

Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıb

Assosiasiya BOKT-lər üçün nizamnamə kapitalı tələbinin artırılmasına münasibət bildirib

Bu şəxslərin maaşlarının artırılması təklif olunur

Azərbaycanda bankların faiz xərclərinin həcmi açıqlanıb - SİYAHI

Xaricdən nəqliyyat vasitələri alışına çəkdiyimiz xərc 300 milyon dollara yaxın azalıb

"Azpulmat" və "Manato"ya borcu olanlara şad xəbər - Qaydalar dəyişdi

Bu şirkət 10 ayda 20 tender udub - Siyahı

Bakı merinin müavinləri yoxdur - 4 yüksək posta təyinat ola bilər

Banklar nə qədər əməliyyat gəliri əldə edib? - Cədvəl

Ali Məhkəmə: Kredit mübahisələrində bankın hesabdan çıxarışı və maliyyə arayışı mötəbər sübut sayılmır

BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırıldı

Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU

Konsultasiya şirkətləri biznesə necə dəstək olur?

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Yüksək dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Milli Məclisdə yeni təyinat

Taksi qiymətləri yenidən dəyişdi (VİDEO)

35 şirkətin rəhbəri həbs olundu: Bir neçə vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edildi

Vasif Talıbovun oğlunun rəhbərlik etdiyi federasiya fəaliyyətini dayandırdı

Rusiyadan "Telegram"a 7 milyon rubl cərimə

Rubl və avro bahalaşdı - Məzənnə

Neftimizin qiyməti 2 dollara yaxın ucuzlaşıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin