“Xalq Əmlak” 15 gündən sonra kapitalını yenidən 17,4 milyon artırdı
“Xalq Əmlak” MMC (VÖEN - 1307300541) nizamnamə kapitalını yenidən artırır.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, “Xalq Əmlak” MMC nizamnamə kapitalını 22 milyon 600 min manatdan 40 milyon manata qaldırır.
Məlumat üçün bildirək ki, bu il noyabr ayının 24-də “Xalq Əmlak” MMC nizamnamə kapitalını 40 milyon manatdan 22 milyon 600 min manata qədər azaltdığını elan etmişdi.
Qeyd edək ki, 15 gün ərzində nizamnamə kapitalını 17,4 milyon manat azaldıb, sonra yenidən artıran “Xalq Əmlak” MMC 24.08.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Bağırov Süleyman Mirtağı oğludur.
Onu da bildirək ki, “Xalq Əmlak” MMC-nin təsisçisi 100% pay ilə ölkənin aparıcı banklarından olan “Xalq Bank” ASC-dir. “Xalq Bank” ASC 2004-cü ildə təsis olunub. “Xalq Bank” ASC-nin səhmdarları “İdeal Biznes Ko” MMC (50%), “Yevro Standart” MMC (33,85%) və “AMAL İnvest Qrup” MMC (16,15%) olub. “Xalq Bank” ASC-nin hesabatında iki şirkətin hüquqi ünvanı kimi “Neftçilər prospekti 153” göstərilir. Bu ünvanda həm də ölkənin aparıcı şirkətlərindən olan “Paşa Holdinq” yerləşir. “Xalq Bank” ASC-nin hesabatında həmçinin qeyd olunur ki, bankın yekun mülkiyyətçiləri Bank üzrə birgə nəzarəti həyata keçirən Leyla Əliyeva və Arzu Əliyevadır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay