Kapital Bank pensiyalara niyə limit qoyub? - Bankdan şikayət
"Pensiya kartlarını dəyişdirəndə Kapital Bank özündən yeni qaydalar çıxarır. Yeni pensiya kartlarından bir gündə 500 manatdan artıq pul çıxarmaq olmaz. Bu nə qaydadır, bu nə özbaşınalıqdır?"
Valyuta.az xəbər verir ki, bu fikirləri şəhid Vüsal Əliyevin qardaşı Elyar İslamoğlu "Facebook" sosial şəbəkəsində yazıb. O qeyd edib ki, kimsə 500 manatdan artıq pensiya alırsa, pulu nəğdləşdirmək üçün 2 dəfə bankomata getməlidir:
"Nəzərə alaq ki, bankomatlar əksər kəndlərdə olmur, yalnız rayon mərkəzlərində olur. Deməli pensiyaçı 500 manatdan artıq pul götürmək üçün 2 dəfə xərc çəkməli, rayon mərkəzinə 2 dəfə getməlidir. Bütün yeni qanun-qaydalar ancaq vətəndaşı incitməyə xidmət edir".
Paylaşımın şərh bölümündə bankdan xeyli narazılıqların olduğunu görürük.
Sevda Firudin adlı istifadəçi yazıb: "Müəllimlərin maaş kartının vaxtı bitir bir aya dəyişib yeni kart verirlər. Bankdan şəxsiyyət vəsiqəsi ilə maaşını götürəndə 2% tutulma olur. Kapital bank belə işləyir. Bilirlər ki, müəllim bir ay gözləməyəcək pula ehtiyacı var, gedib pulunu götürməyə məcburdur. Ona görə də faiz tutulur".
Digər istifadəçilər də bankdan şikayət ediblər: "Kapital bankın yeni kartları keyfiyyətsizdir, üzərindəki rəqəmlər tez pozulur, oxunmaz hala gəlir".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay