Bank
10.11.2022 / 17:07
Maliyyə naziri güzəştli ipotekadan danışdı
25113
“Bu gün Azərbaycanda güzəştli ipotekaya çıxış imkanları kifayət qədər böyük təbəqəni əhatə edir”.
Valyuta.az “Report”a istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı mədəniyyət sahəsində fəaliyyət göstərən şəxslərə güzəştli şərtlərlə ipoteka verilməsi barədə təklifə münasibət bildirərkən qeyd edib.
“Bu təklif qiymətləndirilməlidir. Bu gün güzəştli ipotekaya çıxış imkanları kifayət qədər böyük təbəqəni əhatə edir. Biz bu sahəni sonsuz genişləndirə bilmərik”, - S.Şərifov qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay