"Kapital Bank"dan şikayət: Müəllimin bütün maaşına əl qoyub...
"Kapital Bank" müştərilərin şikayətlərini həll etmək əvəzinə, onları yola verməklə məşğul olur.
Valyuta.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə müxtəlif şəxslər tərəfindən paylaşımlar edilib.
Vətəndaş Aynur Qarayeva Valyuta.az-a bildirib ki, uzun müddətdir "Kapital Bank"ın müştərisidir və bu günlərdə ciddi problemlə üzləşib: "Müəllim olduğum üçün hər ay, maaşdan maaşa kreditimi ödəmişəm. Son 2 ayda ödənişdə bir balaca axsamalar olduğu üçün bank hesabıma gələn bütün maaşı çəkib, üstəlik qaçqın kimi dövlətdən aldığımız 40 manat çörəkpuluna da əl qoyub. Bu nə dərəcədə düzgündür?".
Bununla bağlı sualımızı cavablandıran vəkil Mehman Muradlı bildirib ki, bankla vətəndaş arasında problemin məhkəmə yolu ilə həlli çox vaxt vətəndaşın məhkəmədə uduzması ilə nəticələnir. Çünki vətəndaş bankdan kredit götürərkən ödənişdə gecikmə olacağı təqdirdə onun bütün mal varlığına əl qoyulacağı ilə bəndi imzalayır: "Bu isə bankı haqsız olduğu halda belə haqlı çıxardır. Əslində Mərkəzi Bank banklara nəzarət missiyasını həyata keçirsə də, müqavilələrə müdaxilə etmək səlahiyyəti yoxdur. Vətəndaş bankdan kredit götürərkən bu bəndi gözüyumulu imzalamasa və bunu məhkəmə predmetinə çevirsə, o zaman bankla vətəndaş arasında bağlanmış müqavilədə bu bənd bütün kredit müqavilələrindən silinəcək. Çünki qanunla bank mülki qanunvericilik aktlarından kənara çıxıb, vətəndaşın yasayış minimumuna toxuna bilməz. Amma Kapital Bank dövlət idarələri ilə işlədiyi üçün bu məsələdə məhkəmədə problemi yaşayan bank yox, vətəndaş olur".
"Kapital Bank"la bağlı başqa bir şikayəti "Azbank" sosial şəbəkə klubunda Zaur İsrayılov adlı istifadəçi yazıb. Onun sözlərinə görə, 3 aydır problem bankla bağlı problemi var imiş və problemi ictimailəşdirdikdən, Mərkəzi Banka şikayət etdikdən sonra məsələ həllini tapıb: "Mərkəzi Banka şikayət olunmuşdu, paylaşımdan 20 saat vaxt keçdi və siz 3 aydır həll edə bilmədiyiniz məsələni 9 saat iş rejimində həll etdiniz. "Kapital Bank" cavab versin bilək, bu qədər tez nəticə Mərkəzi Banka görə oldu, yoxsa paylaşıma görə?"
Görünən odur ki, "Kapital Bank"da ciddi problemlər var. Ən azı sosial şəbəkələrdə hər gün edilən çoxsaylı şikayətlər bunu deməyə əsas verir. Hələ bir çox problemin ictimailəşdirilməsinin qarşısı müxtəlif üsullarla alınır. Bütün bunlar isə bankın imicinə böyük zərbə vurmaqla, onun potensial müştərilərini uzqlaşdırmağa "xidmət edir"...
Adil
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay