Banklararası Kart Mərkəzində sınaq işləri aparılacaq
Sabahdan başlayaraq 3 gün ərzində Azərbaycan Mərkəzi Bankının (AMB) Banklararası Kart Mərkəzində (BKM) sınaq işləri aparılacaq.
Valyuta.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, AMB ölkənin kart infrastrukturu vasitəsilə aparılan əməliyyatlar zamanı effektivliyin və səmərəliliyin yüksəldilməsi, həmçinin təhlükəsizliyin təmin edilməsi məqsədilə 2016-cı ildə yaradılmış BKM-in etibarlı fəaliyyətini daim diqqət mərkəzində saxlayır və bu istiqamətdə davamlı modernizasiya tədbirləri həyata keçirir.
Bu tədbirlər çərçivəsində BKM-in müasir standartlar əsasında yenilənmiş texniki infrastrukturunun fövqəladə hallar zamanı davamlığının qiymətləndirilməsi məqsədilə sentyabrın 7-9-da, saat 03:00-04:00 aralığında (mübadilə kanallarında qısa müddətli kəsilmə ilə) sistemin fəaliyyətinin ehtiyat mərkəzlərindən təmin edilməsilə müvafiq sınaq işlərinin aparılması planlaşdırılır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay