Azərbaycanda 6 bankın (xalis) mənfəəti azalıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 15-nin bu ilin I yarısındakı (xalis) mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.
Bunlar “Turan Bank”, “Bank VTB Azərbaycan”, “Azərbaycan Sənaye Bankı”, “Naxçıvan Bank”, “Xalq Bank”, “Zıraat Bank Azərbaycan”, “Bank of Baku”, “Azər-Türk Bank”, “Bank Respublika”, “Express Bank”, “PAŞA Bank”, “Kapital Bank”, “Rabitəbank” və “AFB Bank” ASC-lər, İran Milli Bankının Bakı filialıdır. Ən yüksək dinamika “Turan Bank”da (9,2 dəfə), ən aşağı dinamika isə “AFB Bank”da (6,2%) qeydə alınıb.
5 bankın – “Muğan Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Yelo Bank”, “Unibank”, “Günay Bank” və “Premium Bank” ASC-lərin isə (xalis) mənfəəti azalıb. Ən çox azalma “Premium Bank”da (99,1%), ən az azalma isə “Muğan Bank”da (9%) qeydə alınıb.
1 bankın – Pakistan Milli Bankının Bakı filialının isə zərəri 2,4 dəfə artıb.
3 bank – “Bank Avrasiya” ASC, “Access Bank” və “Yapı Kredi Bank Azərbaycan” QSC-lər bu ilin yanvar-iyun aylarını mənfəətlə, ötən ilin eyni dövrünü zərərlə, 1 bank - “Bank BTB” ASC isə bu ilin I yarısını zərərlə, ötən ilin eyni dövrünü mənfəətlə başa vurub. Odur ki, bu bankların (xalis) mənfəətinin / zərərinin dinamikasını hesablamaq mümkün olmayıb. //“Renkinq”
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay