Bank
31.08.2022 / 14:02
"Azərbaycan Beynəlxalq Bankı"nın səhmdarlarının sayı azalıb
23834
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmdarlarının sayı 0,3% azalaraq 1 762 olub.
"Report" bu barədə Bankın yarım illik idarəetmə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, bu ilin I yarısında ABB-nin səhmdarı olan fiziki şəxslərin sayı 0,3% azalaraq 1 750-dən 1 746-ya, hüquqi şəxslərin sayı isə 5,9% azalaraq 17-dən 16-ya düşüb.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Bankın səhmdarları Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT), digər hüquqi və fiziki şəxslərdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay