Bank
30.08.2022 / 10:55
"Muğanbank"da yeni təyinat olub
23807
Kərimov Mürşüd İldırım oğlu “Muğanbank” ASC-nin İdarə Heyəti Sədrinin müşaviri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Mürşüd Kərimov bu vəzifəyə qədər “Rabitəbank” ASC-də filial müdiri vəzifəsini icra edib. O, əvvəlki illərdə isə "Texnika bank"da müxtəlif vəzifələrdə çalışıb.
Mürşüd Kərimov birinci ali təhsilini İqtisadiyyat ixtisası üzrə Gəncə Kənd Təsərrüfatı institutunda alıb. Daha sonra isə ikinci ali təhsil olaraq Bakı Dövlət Universitetində Hüquqşünas ixtisası üzrə bakalavr, ardıcıl olaraq magistr dərəcəsinə yiyələnib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay